AZ

Ali Məhkəmə məhkum tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edib

Ali Məhkəmə məhkum tərəfindən vurulan ziyanın hissə-hissə ödənilməsi ilə bağlı şikayəti təmin edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, məhkum İmişli Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək 5400 manat pulun və 17200 manat pulun məhkum edilmiş şəxsdən alınıb zərərçəkmiş şəxslərə ödənilməsi qərara alınıb.

Sonra məhkum ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək hökmə əsasən təmin edilmiş mülki iddianın bir dəfəyə ödənilməsi üçün maddi imkanının olmadığını, bu səbəbdən ödənilməli pul məbləğlərinin hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş edib. İmişli Rayon Məhkəməsinin qərarı ilə məhkumun ərizəsi təmin edilməyib və məhkəmə öz mövqeyini onunla əsaslandırıb ki, cinayət-prosessual qanunvericlikdə mülki iddianın hissə-hissə icra edilməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb və bu səbəbdən məhkumun müraciətinə baxılması mümkün deyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Seçilən
20
32
aznews.az

10Mənbələr