AZ

Qəzza zolağında atəşkəs razılaşması təsdiqlənərsə, HƏMAS 33 girovu azad edəcək

Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasının ilk mərhələsində 33 girovu azad edəcəyi gözlənilir, əgər razılaşma İsrail və hərəkat tərəfindən təsdiqlənərsə. Vətəninfo.az xəbər verir ki,  bu barədə CNN iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

Bundan əvvəl Qətər İsrail və HƏMAS-a atəşkəs rejiminin yaradılması və hərəkat tərəfindən saxlanılan girovların azad edilməsi haqqında sazişin xülasə layihəsini təqdim edib. ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda böyük irəliləyiş əldə olunduğu bildirilib. 

Həmas hələ də İsraildən əsir götürdüyü 251 girovdan 94-nü, o cümlədən azı 34 ölü girovun cəsədini saxlayır.

Atəşkəs razılaşması 42 gün davam edəcək. birinci mərhələdə 33 girov azad ediləcək və çox güman ki, ölən girovların cəsədləri də qaytarılacaq.

İsrail rəsmiləri sazişin çox yaxında imzalanacağını və İsrailin onu dərhal həyata keçirməyə hazır olduğunu qeyd edib.

ABŞ prezidenti Co Bayden də optimistdir. Yanvarın 13-də xarici siyasətlə bağlı çıxışında o qeyd edib ki, ABŞ sazişi bağlamaq üçün “güclü təzyiq göstərir”.

“Bizim əldə etdiyimiz razılaşma ilə girovlar azad ediləcək, döyüşlər dayanacaq, İsrailin təhlükəsizliyi təmin olunacaq və HƏMAS-ın başladığı bu müharibədə dəhşətli əziyyət çəkən fələstinlilərə humanitar yardımı əhəmiyyətli dərəcədə artırmaq imkanı əldə edəcəyik. Onlar cəhənnəmdən keçiblər” deyə Bayden bildirib.

Öz növbəsində, yeni seçilmiş prezident Donald Tramp Newsmax-a bildirib ki, sazişin bağlanması çox yaxındır və onun uğursuzluğu halında dəhşətli nəticələr olacaq.

“Onlar bunu həyata keçirməlidirlər. Bu baş verməsə, orada heç vaxt görmədikləri kimi ciddi bəlalar yaşanacaq. Onlar bunu həyata keçirəcəklər” deyən Tramp, onun anlayışına görə, “əl sıxma olub” və sazişin “bəlkə də həftənin sonuna qədər” imzalana biləcəyini əlavə edib.

Danışıqlarda Co Bayden administrasiyasının üzvləri ilə yanaşı, Donald Trampın Yaxın Şərq üzrə gələcək nümayəndəsi Stiven Vitkoff da iştirak edib. 

2023-cü ildə Oktyabrın 7-də HƏMAS-ın hücumu nəticəsində İsraildə 1200 nəfər həlak olub, 251 nəfər əsir götürülüb, bəziləri 2023-cü ildə geri qaytarılıb. Noyabr ayında təsdiqlənmiş bir həftəlik atəşkəs dövründə. Bunun müqabilində İsrail 240 fələstinli məhbusu HƏMAS-a qaytarıb.

İsrailin cavab hərbi əməliyyatları nəticəsində Qəzza zolağında qurbanların sayı 46 600 nəfərə çatıb. 

Seçilən
7
veteninfo.az

1Mənbələr