AZ

Donald Trampın masaya atdığı duel dəsmalını kim götürəcək? Rusiyamı, Çinmi?

Donald Tramp Qrenlandiya, Kanada və Panama kanalını ilhaq etmək istəyindən danışarkən zarafat etmir. İlhaq açıqlaması ilə o, Amerika superqitəsini yaratmaq və Arktikada Rusiya ilə Çinə meydan oxumaq niyyətindədirmi?

Dünya Qrenlandiya, Kanada və Panama kanalını ABŞ-a birləşdirmək arzusunu bəyan edən ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın ilhaq təşəbbüslərini müzakirə etməkdə davam edir. Beynəlxalq ictimaiyyətin ilkin emosiyaları başa düşüləndir: Trampın sözləri cəfəngiyyat və uğursuz zarafat kimi qəbul edilib. Əslində isə Tramp bu haqda danışanda heç zarafat etmir.

Gəlin təfərrüatlara baxaq.

“Monro doktrinası” 1817-ci ildən 1825-ci ilə qədər vəzifədə olan beşinci Amerika prezidenti Ceyms Monronun şərəfinə adlandırılmışdır. Corc Vaşinqton, Con Adams, Tomas Cefferson və Ceyms Medisonla birlikdə o, Amerika dövlətinin beş “qurucu atasından” biri idi.

Monro Kontinental orduda müstəqillik müharibəsinin veteranı idi. Məhz onun səyləri ilə ABŞ-ın o vaxtkı ərazisini ikiqat artıraraq Luiziananı fransızlardan almaq mümkün oldu. O, həmçinin “Missuri Kompromisi”ni imzaladı və dövlət katibi Con Quincy Adams ilə birlikdə Floridanı İspaniyadan aldı.

Bununla belə, “Monro doktrinası”nın devizi ərazilərin ələ keçirilməsi yox, “Amerika amerikalılar üçün” idi. Onun mahiyyəti sadədir: öz maraqları kontekstində başqa ölkələrə fayda verməkdənsə diqqəti ABŞ-ın və onun əhalisinin maraqlarına yönəltmək. Trampın versiyasında bu, onun avropalı müttəfiqlərə dəstəyi məhdudlaşdırmaq, “demokratiyaya dəstəy”ə tonlarla vəsaitin axmasını  dayandırmaq və NATO-nun maliyyələşdirməsində iştirakını azaltmaq istəyində ifadə olunur.

Trampın amerikalı müttəfiqlərinə hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmaq üçün verdiyi mesaj da bununla bağlıdır. Hələlik yalnız döyüşkən Polşa bununla tam razıdır. Bununla belə, Trampın digər müttəfiqlərini də “inandırmaq” üçün kifayət qədər alətləri var.

Onun Qrenlandiyanı ilhaq etmək və Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək istəyi ilə bağlı açıqlamalarına gəlincə - təbii ki, bu, ilkin olaraq uğursuz zarafat kimi qəbul edilib. Lakin Trampın gücü ondadır ki, onu və onun sözlərini ciddi qəbul etməyənlər səhvlərinin əvəzini çox ağır ödədilər. Altı ay əvvəl çoxları əmin idi ki, Trampın Ağ Evə qayıtmaq şansı azdır. Bu gün o, bütün problemləri və çətinlikləri sözün əsl mənasında sındıraraq zirvədədir.

Trampın sözləri artıq kifayət qədər ciddi müzakirə olunur. Onlar Qrenlandiyanın özündə müzakirələrə və fərziyyələrə səbəb olub. Elə bu dəmdə “Overton pəncərəsi” dərhal açılmağa başladı: formal olaraq Danimarkaya tabe olan Qrenlandiyanın yerli administrasiyası ABŞ-a qatılmanın əleyhinə olduğunu, lakin onun Avropa “metropolisindən” də müstəqil olmasının tərəfdarı olduğunu bildirdi. Buna görə də, altı ay və ya bir ildən sonra Qrenlandiyanın ABŞ-a daxil olması məsələsi daha ciddi konturlar alsa, heç kim təəccüblənməməlidir.

Xatırladaq ki, Qrenlandiya 1953-cü ildən Danimarkanın müstəmləkəsi olub, sonradan özünü idarə edən əraziyə çevrilib və 2009-cu ildən səsvermə yolu ilə müstəqilliyini elan etmək hüququ alıb. Səsvermənin Vaşinqtonun nəzarəti altında keçirilməsini təmin etmək üçün Birləşmiş Ştatların kifayət qədər gücü və resursları var. Elə isə bu zaman ilhaq məsələsi kütləvi amerikapərəst hərəkatın təşkili və referendum yolu ilə gerçəkləşə bilər. Görünür, bu, ABŞ-ın bütün dünyada həyata keçirdiyi çoxsaylı “rəngli inqilablar”dan xeyli asan və daha ucuz başa gələcək.

Bununla belə, hərbi yol da istisna deyil. Qrenlandiya ərazisində artıq bir neçə ABŞ hərbi bazası yerləşir.

Donald Trampın oğlu kiçik Donald Tramp bu yaxınlarda atasının təşəbbüsü ilə bağlı müzakirələr fonunda Qrenlandiyaya səfər edib. Yeri gəlmişkən, Tramp Qrenlandiyanı almaq fikrini birinci müddətinin sonunda dilə gətirmişdi. Lakin sonra buludlar Respublikaçılardan qisas almaq istəyən Demokratlar və Trampın sonradan əsl müharibəyə girdiyi ABŞ-ın “deep state-dərin dövləti” simasında  onun üzərində toplandı.

Kiçik Tramp rəsmi olmasa da, təmtəraqla qarşılandı. Hava limanında bir qrup Danimarka sakini onu ümidverici işarələrlə qarşılayıb. Daha sonra xəbər yayıldı ki, həmin sakinləri qarşılanma mənzərəsi xətrinə təşkilatlanmış şəkildə oraya gətiriblər. Ancaq bu qarşılanma mənzərəsi şəklin özünü təkzib etmir. Və zəruri mənzərə, o cümlədən sosioloji müstəvidə formalaşdırılacaq.

Amerikanın “Patriot Polling” qeyri-hökumət təşkilatının məlumatına görə, guya Qrenlandiya əhalisinin yarısından çoxu adanın Amerikaya birləşməsini dəstəkləyir. İddialara görə, Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması fikri respondentlərin 57,3%-i tərəfindən bəyənilib, respondentlərin 37,4%-i isə bunun əleyhinə olub. Qalanları qərarsız qalıb. Amma sıravi əhalisinin əksəriyyətinin fikri kimi maraqlandırır?

Qrenlandiyanın Trampa nə üçün lazım olduğunu təxmin etmək çətin deyil. Bu adanın alınması (dövlət kimi olmasa belə, ərazi kimi), eləcə də Kanadanın ilhaqı (bu da hələlik tam cəfəngiyat kimi görünür) Birləşmiş Ştatların superkontinentə çevrilməsini mümkün edəcək. Həm də Vaşinqtonun Arktikada təsirini əhəmiyyətli dərəcədə genişləndirəcək.

Məhz Arktika 21-ci əsrdə fövqəldövlətlərin əsas “döyüş meydanı” adlandırılır. Burada ABŞ, Rusiya və Çinin maraqları kəsişir. Şimala çıxışı olan super qitənin yaradılması Vaşinqtona Moskvanın böyük önəm verdiyi Şimal dəniz marşrutunu daha güclü şəkildə təhdid etməyə imkan verəcək. Bu həm də Çin mallarının Avropaya daşınması üçün böyük tranzit marşrutudur.

Kanadaya gəlincə, orada artıq kifayət qədər güclü amerikapərəst hərəkat var. Və Tramp Kanadanın 51-ci ştat kimi daxil olmasının ölkədə vergilərin əhəmiyyətli dərəcədə azaldılmasına və Kanada biznesini soyub-talayan gömrük rüsumlarının aradan qaldırılmasına imkan yaradacağını deyəndə də zarafat etmir.

Bununla belə, yuxarıda göstərilənlərin hamısı Trampın dövründə mütləq baş verməyəcək. Onun artıq 79 yaşı var, amma hələ dörd prezidentlik ili qalıb. Ancaq bu hadisələr ondan sonra yeni vitse-prezident, gənc və son dərəcə nüfuzlu Trampçı Cey Vensin iki müddətlik ardarda president seçildiyi təqdirdə gerçəkləşə bilər. Onun komandaya daxil olmasının səbəblərindən biri də öz seçilmək potensialı idi. Cey Vens yeni, gənc Respublikaçı prezident ola bilər. Xüsusən də Tramp prezident kimi ciddi uğur qazanarsa…respublikaçı varis qismində…

Amerikanın nüfuzlu “Bloomberg” qəzetinin köşə yazarı Hal Brands kimi məşhur Qərb analitikləri artıq Trampın təşəbbüsünün ciddiyə alınmalı olduğunu yazır. Deməli, Trampın fikrinə gülənlər yanılırlar.

Rusiya üçün bunlar duel arenasına atılmış yeni meydan oxumadır, xüsusən də ona görə ki, Ukraynada davam edən hərbi əməliyyatlar fonunda Kreml istəsə də, istəməsə də bu və ya digər şəkildə ABŞ-ın atdığı “duel simvolu”na cavab verməli olacaq. Bununla belə, Ukrayna Tramp üçün prioritet deyil; ABŞ üçün əsl problem Çindir. Ukrayna Moskvanı tələyə salmaq üçün ye midi. Və burada Moskva hər iki tərəf arasındakı ziddiyyətlər üzərində oynamalı olacaq. Görək şikar kim olacaq – Moskvamı, Pekinmi?

Ülviyyə, Hurriyyet.az

Seçilən
12
1
hurriyyet.az

2Mənbələr