"Qarabağ"dan Braziliyanın "Flamenqo" klubuna keçən Olavio Juninyonu Rio-de-Janeyrodakı hava limanında klub rəsmiləri və bir neçə azarkeş qarşılayıb.
Fanat.Az 28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə rəsmi müqavilə bağlamadığı üçün qısa açıqlama ilə kifayətlənib:
"Burada olduğum üçün çox xoşbəxtəm"
Yerli vaxtla təxminən saat 17:00-da sözügedən şəhərə çatan forvard birbaşa otelə yollanıb. O, bu gün tibbi müayinədən keçəndən sonra 3 illik müqaviləyə imza atacaq.
"Qarabağ" bu transferdən 5 milyon avro qazanacaq. "Flamenqo" həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.