AZ

“Xəzər-Lənkəran”ın yetirməsi, “Neftçi”nin sabiq futbolçusu 2-ci liqa klubu ilə anlaşdı – ÖZƏL

Qış “transfer pəncərəsi”nin fəal iştirakçılarından olan “Şəfa” növbəti transferini reallaşdırıb.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi “İmişli”nin yarımmüdafiəçisi Elnur Cəfərovu sıralarına qatıb. Millimizin sabiq üzvü artıq bakılıların heyətində məşqlərə qoşulub.

Qeyd edək ki, “Xəzər Lənkəran"ın yetirməsi olan Elnur peşəkar karyerasına da bu komandada başlayıb. O, sonradan Portuqaliyanın “Tondela”, Xorvatiyanın “Duqopolye” klublarında legioner həyatı yaşayıb. Yarımmüdafiəçi ölkəmizdə “Neftçi”, “Keşlə” və “Sumqayıt”da da forma geyib. Cəfərov 2020-ci ildə “Qaradağ Lökbatan”da, sonradan “Kəpəz” və “İmişli”də çıxış edib. U-17, U-19 və U-21 yığmalarında da tər tökən oyunçu, əsas millimizdə bir oyun keçirib.

RÖYANƏ OĞUZ

Seçilən
8
football-plus.az

1Mənbələr