AZ

Estoniya hibrid hücumlara görə Rusiya ilə sərhədlərini bağlayır?

Estoniyada müxalifət partiyası olan İsamaa hibrid hücumlar səbəbindən ölkənin Rusiya ilə sərhədlərini bağlamağı təklif edib. Bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

Qeyd olunub ki, partiya lideri Urmas Reinsalu bununla bağlı hazırladığı qanun layihəsini Rusiyanın Estoniya və müttəfiqlərinə qarşı təşkil etdiyi bir neçə hibrid hücumla əsaslandırıb. Belə ki, o, dekabrda Rusiyanı Finlandiya körfəzində elektrik kabelini zədələməkdə ittiham edib.

Dekabrda Estoniyanın daxili işlər naziri Lauri Laanemets bildirmişdi ki, nazirlik respublikanın Rusiya ilə sərhədinin bağlanmasını zəruri addım hesab etmir. O əlavə edib ki, hazırda təhlükəsizlik baxımından belə bir tədbirə ehtiyac yoxdur.

Tural

Seçilən
2
news365.az

1Mənbələr