İtaliya A Seriyası təmsilçilərindən “Yuventus” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki,“qoca sinyora” Portuqaliya klubu “Quimareş”in yetirməsi olan Alberto Kostanı transfer edib. Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında razılığa əsasən, 12,5 + 2,5 milyon avro müqabilində 21 yaşlı futbolçu Turin təmsilçisinin şərəfini qoruyacaq. Oyunçu yeni komandasında ilinə 500 min avro qazanacaq.
Qeyd edək ki, gənc müdafiəçi mövsümün ilk hissəsində 21 matça çıxıb. Portuqaliyalı bu qarşılaşmalarda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Ronaldonun gələcəyi məlum olub
Qvardioladan ayrılıq qərarı
"Barselona"da Martinez problemi
Ziyeş "Napoli"nin hədəfində
"Fənərbaxça"dan vacib 3 xal