AZ

Fuat Oktay Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsininsədri Fuat Oktay Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktauşəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissiilə qarşıladım.

Bu faciəvi qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımızaAllah-Taaladan rəhmət diləyir, onların kədərli ailələrinə və qardaşAzərbaycan xalqına başsağlığı verirəm. Qəza nəticəsindəyaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Dost və qardaş Azərbaycanın kədərini səmimi-qəlbdənbölüşürük.

Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımıçatdırır, cansağlığı və firavanlıq diləyirəm".

Seçilən
58
25
az.trend.az

10Mənbələr