1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yeni Suraxanı qəsəbəsinin sakinləri 104 saylı sərnişin avtobusunun hərəkət intervalından ciddi narazılıq edirlər. Onlar bildirirlər ki, xüsusilə səhər və axşam pik saatlarda avtobuslar arasındakı interval o qədər çoxdur ki, işə və məktəbə vaxtında çatmaq mümkün olmur.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Bildirilib ki, 104 saylı avtobus Yeni Suraxanı qəsəbəsində 14 İyul küçəsi ilə hərəkət edir.
"Avtobuslar arasında interval o qədər çoxdur ki, günün pik saatlarında avtobusdan istifadə etməyimiz mümkünsüz olur. Səhər saatlarında uşaqlarımız da məktəbə gecikirlər. Gərək səhər saat 7-də evdən çıxaq ki, uşağı vaxtında məktəbə çatdıra bilək. Yağışlı, küləkli havalarda çox əziyyət çəkirik, avtobuslar gəlib çıxmaq bilmirlər, üstəlik avtobus gözləmək üçün dayacağımız da yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu verilib.
Əzizə İsmayılova