AZ

STM erməni yalanlarını İFŞA ETDİ – SORĞU + FOTO

Xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar 2025-ci ildə keçirilən mətbuat konfransında bildirib ki, İrəvan heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə onların ölkəni tərk etdiklərini gizlətməyib. XİN başçısı iddia edib ki, guya azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər.

Faktları təhrif edən A.Mirzoyan deyib ki, həmin illərdə 100 ailə mənzillərini satıb, 12 mindən çox ailə Azərbaycanda yaşayan ermənilərlə mənzillərini dəyişib, 160 mindən çox insan isə Ermənistan hökumətindən təzminat alıb. Halbuki, Ermənistan XİN başçısının açıqlamasından cəmi bir neçə gün əvvəl bu fikrin tam əksini sübut edən sabiq prezident Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşündə Qərbi Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı ictimailəşib.

STM erməni yalanlarını <span style=color:red>İFŞA ETDİ - SORĞU + FOTO

İlk növbədə bu faktın özü A.Mirzoyanın yalanını üzə çıxarır. Digər tərəfdən, Sosial Tədqiqatlar Mərkəzinin Qərbi azərbaycanlılar arasında apardığı rəy sorğusunun nəticələri də Ermənistan hökumətinin mövqeyinin və xarici işlər nazirinin mətbuata açıqlamalarının saxta olduğunu, səsləndirilən fikirlərin regional həqiqətləri təhrif etdiyini, azərbaycanlıların indiki Ermənistan ərazisindən könüllü şəkildə ayrılması barədə bəyanatın real faktlarla ziddiyyət təşkil etdiyini ortaya qoyub. Sosioloji sorğunun nəticələri bir daha İrəvan rəsmilərini, ümumilikdə erməni yalanlarını ifşa edib.

Ermənistan xarici işlər nazirinin sözügedən açıqlamalarını nəzərə alaraq, sorğu iştirakçılarına tarixi torpaqları tərk edərkən Ermənistan hökuməti tərəfindən onlara hər hansı kompensasiya ödənilib-ödənilmədiyi barədə sual ünvanlanıb. Onların arasında kompensasiya aldığını bildirən olmayıb. Sorğuda iştirak edənlərin 98.5%-i heç bir kompensasiya almadıqlarını bildirib. 1.5%-i rəy bildirməkdə çətinlik çəkib. Beləliklə, sorğunun nəticələri 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxta olmasına dair faktiki sübut əhəmiyyətində qiymətləndirilə bilər.

STM erməni yalanlarını <span style=color:red>İFŞA ETDİ - SORĞU + FOTO

Sorğunun geniş nəticələri ictimaiyyətə açıqlanacaq. Sorğular 2025-ci ilin 9–12 yanvar tarixlərində, 1000 nəfər Qərbi Azərbaycanlı arasında keçirilib. Seçmə çərçivəsi onların əvvəllər yaşadıqları tarixi rayon və şəhərlər üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli telefonla müsahibə üsulundan istifadə olunub. Sorğular könüllü iştirak əsasında aparılıb və anonimlik təmin edilib. Respondentlərə nəticələrin yalnız tədqiqat məqsədləri üçün ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Ərtürk İSMAYIL

Seçilən
6
14
medianews.az

10Mənbələr