AZ

Türkiyədən Qazaxıstana xalça ixracında azalma müşahidə olunub

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Qazaxıstanaxalça ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,5 faizazalaraq, 43 milyon 660 min 20 dollara bərabər olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana 3 min 810 dollar88 məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayıilə müqayisədə 17,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninxalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq,2 milyard 867 milyon 477 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollarməbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollarməbləğində xalça ixrac edib.

Seçilən
6
13
az.trend.az

10Mənbələr