Qərbi Afrika ölkələrindən biri olan Sierra Leonedə 2 nəfərdə meymunçiçəyi (mpox) virusu aşkar edildikdən sonra fövqəladə vəziyyət elan edilib.
"Cebheinfo.az" xəbər verir ki, ölkənin səhiyyə naziri Dr. Austin Dembi jurnalistlərə bildirib ki, ölkədə 2 nəfərdə meymunçiçəyi (mpox) virusunun aşkar edilməsi “Xalq Sağlamlığı” Qanununa uyğun olaraq təcili tədbirlər görülməsini tələb edir.
Dembi "Sierra Leone hökuməti adından mən ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edirəm" deyib.
Qeyd edək ki, Sierra Leone hökuməti yanvarın 11-də ölkədə ilk meymunçiçəyi (mpox) virusuna yoluxmanın aşkar edildiyini açıqlamışdı.