AZ

Rusiyada böyük terrorun qarşısı alındı: Ukrayna görün nə hazırlayırmış

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının Yaroslavl vilayətindəki müdafiə sənayesi müəssisələrindən birində işçiləri zəhərləmək üçün zəhərli kimyəvi maddələrdən istifadə etməklə planlaşdırdığı terror aktının qarşısını alıb”.

Publika.az xəbər veri ki, bu barədə FTX-nin bəyanatında deyilir.

“Görülmüş tədbirlər nəticəsində Ukrayna xüsusi xidmət orqanları tərəfindən təchiz edilmiş anbardan tənəffüs yollarını yandıraraq, ölümlə nəticələnə biləcək təhlükəli kimyəvi maddələr olan iki konteyner götürmüş və bununla işçiləri zəhərləməyə çalışan Rusiya vətəndaşı saxlanılıb”, - deyə FTX-nin bəyanatında qeyd olunur.

Kəşfiyyat xidmətinin məlumatına görə, terrorçunun fəaliyyəti Ukrayna ərazisindən xarici internet messencerləri vasitəsilə əlaqələndirilib və bu, ondan götürülən rabitə avadanlığındakı informasiyalarla təsdiqlənir.

Seçilən
10
1
publika.az

2Mənbələr