Ümumiyyətlə, Azərbaycan futbolunda danışılmış oyunlar varmı? Varsa, bunun əlamətlərini nədə görürsüz?
Bu sualları təcrübəli mütəxəssis Vidadi Rzayevə ünvanladıq:
“Fikrimcə, bütün liqalarımızda danışılmış oyunlar var. Neçə illərdi 1-ci və 2-ci liqada oyunçular aşkar edirlər. 2-ci liqada danışılmış oyun varsa, premyer-liqada da var. Azərbaycan futbolunun evini belə şeylər yıxır. Bir dəfə o işdə iştirak etdinsə, olursan kəbinli arvad. Elə məşqçiləri həbs etmək lazımdı. Görmüsüz ki, heç kimisə tutsunlar?Həbs edəndən 5 gün sonra da buraxırlar. Elə adamların yeri zindandı. Orda oturmalıdılar və ağılları başına gəlməlidi. İdmandan qumar olmaz. Belə alçaqlıqlara gedəcəksənsə, oynamamaq məsləhətlidi. Futbolu oynayırsan ki, həyat qurasan. 300 minlə 1-ci, 50 minlə 2-ci liqa olar? Nəyə lazımdı bunlar? Ondansa, bağlayın çıxıb getsin. 19 yaşındakı futbolçulara maaş verə bilmirlər. Azərbaycan futbolunda problemlər aşıb-daşır. Valideyn də deyir ki, get, evə pul gətir. Heç biri də maaş almır. 19 yaşlıların hamısı o qumarda var. Onların hamısını uşaq vaxtından korlayırlar. Gəlib böyük futbola çıxır. Ola bilməz ki, aşağı liqalarda qumar var, premyer-liqada yoxdu. Klubların sponsorları və meydançıları əla vəziyyətdə olmalıdı. 21-ci əsrdə yaşayırıq. 50 dəfə təkrar edirsən, di gəl, heç nə yoxdu. Özünə hörmət edən futbolçu qumara getməz. Ya futbol oynamaram, ya da o işə getmərəm. Mən həmişə demişəm ki, təmiz futbol, təmiz idman olmalıdı. İdmanda o işə gedən namusunu, şərəfini və qeyrətini satır”.
ƏSƏD SEYİDOV