Arzulayıram ki, kiprlilər arzuladığı kimi yaşasınlar, həm cənubda, həm də şimalda.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
O, şimali Kiprdə (Şimali Kipr Türk Cumhuriyyəti-red) 10 mindən çox rusiyalının yaşadığını, Moskvanın onlara konsulluq xidməti göstərdiyini söyləyib.
Lavrov kiprlilərin necə yaşamaları haqqında qərarı özlərinin verməli olduğunu qeyd edib, kənardan onlara deyilənlərə qulaq asmamalarını məsləhət görüb.