AZ

Yəməndəki Husilər İsrail Müdafiə Nazirliyini hədəf aldı

 

İran tərəfindən dəstəklənən Yəməndəki Husilərin hərbi sözçüsü Yəhya Səri İsrail Müdafiə Nazirliyini "Fələstin-2" adını verdikləri supersonik raketlə vurduqlarını iddia edib. Verilən yazılı açıqlamada İsrailin hava müdafiə sistemlərinin bu hücumu qarşısını ala bilmədiyini və raketin hədəfə uğurla çatdığı iddia edilib. O, bunun son 12 saatda İsrailə qarşı həyata keçirdikləri üçüncü hücum olduğunu bildirib. 

Digər tərəfdən, İsrail ordusunun “X” sosial şəbəkəsindəki hesabından yayınlanan məlumatda Yəməndən atılan ballistik raket səbəbindən ölkənin bir çox bölgəsində siqnal səslərinin eşidildiyi qeyd olunub. Paylaşımda raketin hava müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi və hər hansı bir insan itkisi olmadığı bildirilib. 

İsrail ordusu dünən Yəməndən İsrailin cənubuna doğru atılan pilotsuz uçuş aparatının da vurularaq məhv edildiyini açıqlamışdı. 

Qeyd edək ki, Husilər İsrailə qarşı tez-tez raket və PUA hücumları həyata keçirirlər.



Seçilən
2
trt.net.tr

1Mənbələr