Bakı. Trend:
Cari İran ilinin 9 ayı (20 mart -20 dekabr 2024) ərzində İranınAzərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü iləmüqayisədə (21 mart -21 dekabr 2023) müqayisədə dəyər baxımından24,8%, çəki baxımından 14,2% artıb.
Bu barədə Trendİranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumatverib.
Statistikada bildirilir ki, cari İran ilinin 9 ayı (20 mart -20dekabr 2024) ərzində İran Azərbaycana 512 milyon dollar dəyərindətəxminən 650 min ton qeyri-neft məhsulları ixrac edib.
Ötən İran ilinin 9 ayı (21 mart -21 dekabr 2023) ərzində İranınAzərbaycana qeyri-neft məhsul ixracı 410 milyon dollardan çoxdəyərdə 569 min ton təşkil edib.
Statistikada deyilir ki, İran Azərbaycana, əsasən, kəndtəsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya vəkimyəvi məhsullar ixrac edib.
Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasınaəsasən, cari İran ilinin 9 ay ərzində İranın qeyri-neft məhsulixracı 43,1 milyard dollar dəyərində 116 milyon ton təşkil edib. 9ayda İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 18%, çəki baxımından 13,8% artıb.