İspaniya Superkubokunun finalında Kataloniya “Barselona”sına dağıdıcı məğlubiyyətdən (2:5) sonra “Real Madrid ” in prezidenti Florentino Peres radikal qərar verib .
"Kral klubu”nun rəhbəri xüsusilə Lukas Vaskesin müdafiənin sağ cinahındakı çıxışından məyus olub .
"Operativ Media" "Defenca Central"a istinadən xəbər verir ki, Peres nəhayət ki, müqaviləni yeniləməmək qərarına gəlib.
Qeyd olunur ki, bu matçdan sonra funksioner "Liverpul"un ulduzu Trent Aleksander-Arnold ilə müqavilə bağlamaq üçün əlindən gələni etmək niyyətindədir.
.