AZ

Almaniya NATO-nun Baltik dənizindəki müşahidə missiyasında iştirak edəcək

Bakı.Trend:

Almaniya NATO-nun Baltik dənizində monitorinqin aparılması üzrəgörəcəyi tədbirlərdə iştirak edəcək.

Trend xəbər verirki, bunu Almaniya kansleri Olaf Şolts Helsinkidə jurnalistlərəverdiyi açıqlamada bildirib.

“Almaniya öz imkanlarından istifadə etməklə müşahidələrinaktivizasiyasında iştirak edəcək. Bunun mümkün olması üçün bizmüvafiq ölçülər qəbul edəcəyik. Təbii ki, biz Baltik dənizindətəhlükəsizliyə görə narahatıq... Baltik dənizində bir sıra ciddiinsidentlər baş verib və bu, bizi elə narahat etməlidir də”, - deyəalman kansler söyləyib.

Kansler bildirib ki, Avropa ölkələrinin iqtisadi inkişafı üçünzəruri olan vacib infrastruktur obyektləri təhlükə altındadır.

Şolts hesab edir ki, həmin insidentlər “hibrid strategiyasınınbir hissəsi” ola bilər.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr