AZ

Şimali Koreyadan ABŞ-yə gözdağı - Qısamənzilli raketlər atıldı

Şimali Koreya Yapon dənizinə çoxsaylı qısa mənzilli ballistik raketlər ataraq bölgəni həyəcan vəziyyətinə salıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı raketlərin Caqanq əyalətindən atıldığını və təxminən 250 kilometr qət etdikdən sonra dənizə düşdüyünü açıqlayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah İdarəsi bu hadisəni açıq-aşkar təxribat kimi qiymətləndirib.

Cənubi Koreya ordunun sayıqlığını gücləndirdiyini və ABŞ və Yaponiya ilə sıx əməkdaşlıq etdiyini açıqlayıb.
 
Prezident səlahiyyətlərini icra edən Çoi Sanq-mok raket sınağını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması adlandırıb və Cənubi Koreya-ABŞ müttəfiqliyi çərçivəsində qəti cavab vəd edib.
 
Şimali Koreyanın bu il ilk sınağı yanvarın 6-da hipersəsli orta mənzilli ballistik raketi buraxdığı vaxt olub. 

Şimali Koreyanın raket sınaqlarının bölgədə gərginliyi artırmağa davam edəcəyi proqnozlaşdırılır.
 
Pxenyan administrasiyasının bu addımı yanvarın 20-də vəzifəsinin icrasına hazırlaşan Donald Trampa mesaj kimi qiymətləndirilir.
 
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə yanvarın 6-da səs sürətini 12 dəfə artıra bilən hipersəs ballistik raketini sınaqdan keçirib.
 
Mikayıl
Seçilən
19
azxeber.com

1Mənbələr