AZ

İranın Azərbaycandan məhsul idxalı azalıb

Bakı. Trend:

Cari İran ilinin 9 ayı ərzində (20 mart -20 dekabr 2024) İranınAzərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart-21 dekabr 2023) müqayisədə dəyər baxımından 31,7%, çəki baxımından32,5% azalıb.

Bu barədə Trendİranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumatverib.

Statistikaya əsasən, 9 ay ərzində İranın Azərbaycandan məhsulidxalı 26,3 milyon dollar dəyərində 10,6 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranAzərbaycandan 38,5 milyon dollar dəyərində 15,7 min ton məhsulidxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlifavadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairəməhsullar idxal edib.

Statistikada əlavə olunur ki, 9 ay ərzində İranın Azərbaycanlaqeyri-neft məhsul ticarəti təxminən 539 milyon dollar dəyərində 665min ton təşkil edib.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasınaəsasən, İranın qeyri-neft məhsul idxalı təxminən 50,9 milyarddollar dəyərində 27,9 milyon ton təşkil edib. 9 ay ərzində İranınqeyri-neft məhsul idxalı ötən ilin müqayisədə dəyər baxımından 5%artıb, çəki baxımından 3,16% azalıb.

Seçilən
0
2
az.trend.az

3Mənbələr