AZ

Azyaşlı övladının gözü önündə arvadını öldürməkdə ittiham edilən şəxsə hökm oxunub

Xırdalan şəhərində həyat yoldaşı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən Laçın Əhmədağayevin cinayət işi üzrə məhkəmə uyekunlaşıb.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Laçın Əhmədağayev 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Xırdalan şəhərində baş verib. 1974-cü il təvəllüdlü Laçın Əhmədağayev münaqişə zəminində 1976-cı il təvəllüdlü arvadı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə ittiham olunur.

Hadisənin ailənin 3 yaşlı qızının gözü önündə baş verdiyi bildirilir.

Abşeron rayon prokurorluğunda araşdırma zamanı Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Seçilən
7
7
azpolitika.info

9Mənbələr