AZ

Şimali Kipr Türk Respublikasının qurucusu Rauf Raif Denktaş vəfatının 13-cü ildönümündə anıldı

 

Şimali Kipr Türk Respublikasının (ŞKTR) qurucusu və ilk prezidenti Rauf Raif Denktaş vəfatının 13-cü ildönümündə paytaxt Lefkoşadakı abidə məzarında keçirilən mərasimlə anıldı. ŞKTR prezidenti Ersin Tatar və Denktaşın ailəsi tərəfindən çələnglərin abidəyə təqdim olunması ilə başlayan mərasimdə sayğı duruşu və İstiqlal Marşı ilə bayraqlar yarıya endirildi. 

Prezident Ersin Tatar mərasimdə etdiyi çıxışında Rauf Denktaşı vəfatının 13-cü ildönümündə rəhmət, minnət və həsrətlə andıqlarını bildirərək onun ömrünü Kipr milli davasına həsr etdiyini xatırlatdı. O, hazırda yürütməkdə olduqları iki dövlətli siyasətin Denktaşın onlara buraxdığı vəsiyyət və miras olduğunu vurğulayaraq “Onun buraxdığı vəsiyyəti hər gün beynəlxalq ictimaiyyətlə paylaşırıq. Kiprdə bir anlaşma olacaqsa, bu yalnız iki dövlətli həll əsasında ola bilər və ancaq bu şəraitdə Kipr türk xalqı mədəni varlığını etibarlı əllərdə inkişaf etdirə bilər” ifadələrini işlədib.



Seçilən
6
trt.net.tr

1Mənbələr