AZ

Mirzoyanı Moskvaya çağırdılar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yaxın vaxtlarda Moskvaya səfər edə biləcəyini açıqlayıb.

"Cebheinfo.az" bu barədə "TASS"a istinadən xəbər verir.

 Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair keçirdiyi mətbuat konfransıda deyib: 

"Ermənistanla dialoqumuz davam edir. Ararat Mirzoyan Rusiya Federasiyasına səfərə dəvət olunub. O, dəvəti qəbul edib və biz onun səfərini səbirsizliklə gözləyirik. Ümid edirəm ki, o, tezliklə səfər edəcək",

Nigar Hacılı

"Cebheinfo.az"

Seçilən
1
cebheinfo.az

1Mənbələr