AZ

Mirzoyan təcili Moskvaya dəvət edildi - bu axşam Vaşinqtonda strateji sənəd imzalayacaq

Hurriyyet.az xəbər verir ki, Rusiyaın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında ermənistanlı həmkarı Ararat Mirzoyanın Moskvanın dəvəti ilə yaxın zamanda bu ölkəyə səfər edəcəyini bildirib.

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda strateji əməkdaşlıq barəsində sənəd imzalayacaqlar. 

Bu barədə Ermənistan XİN-in "Teleqram" kanalında məlumat verilibb. Məlumata görə, Mirzoyan 14-15 yanvar tarixlərində ABŞ-da ikigünlük səfərdə olacaq.

İmzalanma mərasimi İrəvan (həm də Bakı) vaxtı ilə saat 22.00-da keçiriləcək və Ermənistan XİN-in rəsmi kanallarında canlı yayımlanacaq.

Hürr Tərcüman 

 

Seçilən
0
50
hurriyyet.az

10Mənbələr