AZ

“Neftçi”nin istəmədiyi legioner niyə Premyer Liqa klubunun gözünü yolda qoyub?

Xəbər verdiyimiz kimi, “Neftçi” daha bir legioneri ilə vidalaşa bilər.

Bir il öncə Plovdiv “Lokomotiv”indən transfer edilən Alfa Konte bakılıların baş məşqçisi Samir Abasovun planlarına daxil deyil.

24 yaşlı vinger də klubda qalmaq istəyir. Çünki demək olar oynamaq şansı qazanmır. Amma 2027-ci ilin yayınadək müqaviləsi olduğu üçün qərar verməyə çətinlik çəkir.

Syerra-leoneli daha yaxşı təklif almadığı üçün anlaşmaya qarşılıqlı razılıqla xitam verməyə tərəddüd edir.

Belə ki, onun “Kəpəz”ə icarəyə göndərilməsi müzakirə mövzusudur.Gəncəlilər Alfaya 6000-6500 dollar maaş verməyə razıdır.

Hazırda bunun iki mislini qazanan afrikalı isə “Neftçi”dən təzminat almaq iştahasına düşüb. Heç olmasa, iki aylıq əməkhaqqı miqdarında.

“Kəpəz”dən redaksiyamıza daxil olan informasiyaya görə, hazırda danışıqlar gedir, amma çox ləng. Konte hər gün “bu gün-sabah“ deyərək, prosesi uzadır.

Çünki ölkəsinin millisinin üzvüicarə müddəti başa çatdıqdan sonra yenidən Bakı klubuna qayıtmağı xəyal edir. “Ağ-qaralar“ isə bu varianta isti yanaşmır, adıçəkilən legionerin gələn mövsümü də Nizami yurdunda keçirməsində maraqlıdır.

Bəs “Kəpəz“ Kontedən niyə ikiəlli yapışıb?

İş ondadır ki, “sarı-göylər“ cari mövsüm 12 əcnəbi sifariş edib. Daha bir legioner alınsa, qaydalara uyğun olaraq, Peşəkar Futbol Liqasına 50 min manat ödəmək lazım gələcək.

Həmin oyunçu millinin formasını geyinməlidir ki, təşkilatçı qurum onı 1 qəptk almadan qeydiyyata alsın.

Konte isə Syerra-Leone yığmasının son 2 ildəki oyunlarına dəvət alıb. Yəni ki, “Kəpəz“ onu sıralarına qatsa, əlavə heç bir xərcə düşməyəcək.

SPORTİNFO.AZ

Seçilən
10
sportinfo.az

1Mənbələr