“Global Firepower” portalının ekspertləri hərbi gücə görə dünya ölkələrinin reytinqini tərtib ediblər.
Herbiand.az xəbər verir ki, Azərbaycan dünya siyahısında 60-cı yerdə qərarlaşıb. Cənubi Qafqazın digər iki ölkəsi olan Ermənistan 91-ci, Gürcüstan isə 94-cü yeri tutur.
Global Firepower-in reytinqinə görə, ABŞ ən təsirli hərbi potensiala malikdir. İkinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub.
Ümumilikdə, ekspertlər 145 ölkəni qiymətləndiriblər.
Qeyd edək ki, 2025-ci il üçün Azərbaycanın hərbi büdcəsinin xərcləri 8,4 milyard manat təşkil edəcək.
Bəxtiyar CƏFƏRLİ