Xəbər verdiyimiz kimi, Donald Tramp prezident seçkilərindən sonra işğalçı planlarını elan etdi. Beləki, Kanadanın Vaşinqtondan hər il 150, Meksikanın isə 300 milyard dollar dotasiya aldığını əsas gətirərək, hər iki ölkənin ABŞ-ın tərkibinə daxil olmasını təklif edib. Trampın siyahısında Venesuela, Panama, Danimarkanın bir hissəsi olan Qrenlandiyanın olduğunu da artıq o özü elan etməkdən çəkinmir. Tramp iddia edir ki, Çin və Rusiya təhdidindən qorunmaq üçün Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməsi vacibdir.
Adalet.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir qrup Respublikaçı Donald Trampa Qrenlandiyanı almaq üçün qanuni səlahiyyət verəcək təşəbbüslə çıxış edib. Baxmayaraq ki, ada əhalisini şoka salıb və onlar ABŞ-a qoşulmağa qarşıdırlar, amma ABŞ hökümətini bu maraqlandırmır.
Xəbəri nüfuzlu Fox News nəşri yayıb.
“Qrenlandiyanı Yenidən Böyük Et” Aktı adlanan qanun layihəsini Tennessi ştatından olan konqresmen Endi Oqles və onun partiyasının on üzvü təqdim edib.
Razılığa gələndən sonra dövlət başçısı bu barədə büdcə vəsaitlərinin bölüşdürülməsinə nəzarət edən Konqresə məlumat verməyə borcludur. Yanvarın 13-də Donald Trampın administrasiyasında ABŞ-ın yeni seçilmiş vitse-prezidenti J. D. Vance bildirib ki, Amerika hakimiyyəti Qrenlandiyada hərbi güc tətbiq etməyə ehtiyac duymur, lakin adada “sövdələşmə əldə edilə bilər”.
Maraqlıdır ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts da Trampa dəstək verərək deyib ki, Tramp ABŞ-ın maraqlarını qorumaq üçün böyük və qəti addımlar atmağa hazırdır:" Danimarkada adanın müdafiəsi üçün müəyyən komanda, Rusiyanın isə 60 buzqıran gəmisi var. Üstəlik, ada kritik mineralların böyük ehtiyatlarına malikdir”.
ABŞ-dakı siyasi mənzərədən belə qənatə gəlmək mümkündür ki, ya Qrelandiya əhalisi Trampın əmrinə tabe olaraq ABŞ-ın bir ştatı olacaq, ya da Qəzza zolağı kimi yerlə yeksan olacaqlar.
Yeni müharibə ocağının yaranması və ya yaranmaması bu dəfə Qrenlandiyalılardan asılıdır.
Əntiqə Rəşid