AZ

Türkiyədə 2 nəfər saxta spirtli içki qurbanı oldu

Son iki gündə iki nəfər saxta spirtli içki qəbul edərək dünyasını dəyişib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul bölgəsində baş verib.
 
Belə ki, ötən gecə Bakırköydə Gültəkin Memecan (62 yaş) adlı şəxs iki dostu ilə spirtli içki içib.
 
İki dost evə qayıtdıqdan sonra özlərini pis hiss ediblər və Gültəkin Memecana zəng edərək məlumat veriblər.
 
İki dost xəstəxanaya aparılarkən Gültekin Memecan içki içməyə davam edib. Bir müddət sonra Memecan da pisləşib və xəstəxanaya aparılıb.
 
Gültekin Memecan xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib, digər iki yoldaşının isə xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib.
 
Qeyd edək ki, Başakşehir bölgəsində də 1 nəfər saxta spirtli içkidən ölüb. Bazar ertəsi spirtli içki qəbul edən Türkmənistan əsilli Ağacan Başimov (34 yaş) adlı şəxs içki içdikdən bir müddət sonra pisləşib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
 
Xəstəxanada edilən müdaxilələrə baxmayaraq, Başimov da həyatını itirib. Hər iki cəsəd ekspertizaya aparılıb və ekspertiza nəticələrinə görə, hər iki şəxsin saxta spirtli içkidən öldüyü bildirilib.
 
Oksana 

Seçilən
2
azxeber.com

1Mənbələr