"Ukrayna Aİ ölkələri ilə birgə gömrük və sərhəd nəzarəti tətbiq etməyi planlaşdırır. Müqavilə imzalana biləcək ilk ölkə Polşa olacaq". Missiya.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə hökumətin iclası zamanı Baş nazir Denis Şmıxal bildirib.
“Aİ ilə sərhəddə birgə gömrük və sərhəd nəzarəti üzrə danışıqları davam etdiririk, bu il ilk nəticələri gözləyirik. Hazırda Avropa Komissiyası Ukrayna və Polşa arasında potensial razılaşmanı dəyərləndirir. Texniki məsələlər razılaşdırıldıqdan sonra həmin sübut edilmiş modeli Aİ-nin digər qonşu ölkələri üçün də istifadə etmək mümkün olacaq. 2 ildən artıqdır ki, "Shmygal eCherga" sistemindən yararlanan təxminən 1,6 milyon sərhəd keçidimiz var, hər gün minlərlə yük maşını və avtobus sözügedən sistemdən istifadə edir. Bu da onların sərhəddə keçirdikləri vaxtı azaldır. Keçid məntəqələrinin daha da modernləşdirilməsi də nəzərdə tutulub. Keçən il 2030-cu ilə qədər Aİ və Moldova ilə sərhəd infrastrukturunun inkişafı üzrə Strategiya təsdiq edilib, o, 28 buraxılış məntəqəsinin yenidən qurulmasını, habelə ən azı 6 yeni məntəqənin tikintisini planlayır”, - deyə Baş nazir qeyd edib.
Zərintac MayisqızıMissiya.Az