AZ

Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - "Qış parkı"na görə (Detallar)

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvar ayının 14-də Azərbaycanla bağlı yeni qərarını elan edib. 

Mia.az aihmaz.org-a istinadla xəbər verir ki, qərara əsasən, mülkiyyət hüququnun pozuntusunun mübahisələndirildiyi işdə AİHM 2022-ci ildə iddia edilən pozuntuları tanımış, təzminat məsələsinin həlli üçün tərəflərə vaxt vermişdi: ""İsmayıl Bağvanov və Başqaları Azərbaycana qarşı" məhkəmə işinin predmeti Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələr idi. Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə sökülmüş, sakinlər köçürülmüşdü. Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət etmişdilər.

Seçilən
9
mia.az

1Mənbələr