AZ

Braziliyalı veteran futbolçu: “Qarabağ” böyük oyunçu itirdi

Bakı, 14 yanvar, AZƏRTAC

“Qarabağ” böyük oyunçu itirdi. Lakin Qurban Qurbanov yaxşı hücumçu seçməyi bacaran mütəxəssisdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Qarabağ”da oynamış braziliyalı keçmiş futbolçu Danilo Dias həmyerlisi Juninyonun "Flamenqo"ya (Braziliya) keçidi barədə danışarkən deyib.

O, 28 yaşlı hücumçunun özünü yetərincə sübut etdiyini bildirib: “Olavio “Qarabağ”da çoxlu qollar vurdu və komandasının uğur qazanmasına böyük töhfə verdi. Bir çox tanınmış komanda onu heyətinə cəlb etmək istəyirdi. İndi Juninyo Braziliyada da uğurlu olacaq. Çünki vətənində karyerasını davam etdirəcək. “Flamenqo”nun baş məşqçisi Felipe Luis kimi futbolçu karyerası yüksək səviyyəli olmuş şəxslə işləmək onu inkişaf etdirəcək. Felipe gənc çalışdırıcı olduğu üçün futbolçuları daha yaxşı anlamağı bacarır”.

Qeyd edək ki, Juninyo ötən gün müqavilə bağlamaq üçün Rio de Janeyro şəhərinə gedib. “Qarabağ” “sambaçı”nın keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
5
azertag.az

1Mənbələr