AZ

Yekun layihə təhvil verildi: İsrail Sinvarın cəsədini qaytaracaq?

İsrail Yəhya Sinvarın cəsədini atəşkəsə son qoymaq və girovları azad etmək üçün mümkün razılaşma çərçivəsində HƏMAS-a qaytarmaq niyyətində deyil.

Publika.az xəbər İsrailin “Ynet” portalı məlumat verib. Bundan əvvəl “Əl Ərəbiyyə” telekanalı Fələstin tərəfinin Qəzza razılaşmasının birinci mərhələsi çərçivəsində Sinvarın cənazəsinin təhvil verilməsini tələb etdiyini bildirmişdi.

KİV-in məlumatına görə, yanvarın 13-də səhər Dohada məsləhətləşmələrdən sonra Qətər sazişin yekun layihəsini tərəflərə təhvil verib.

“Buraya fələstinli məhbuslar müqabilində girovların azad edilməsi, atəşkəs və anklavın idarə olunması üçün yeni sistem üzrə müzakirələrin daxil olduğu üç mərhələli saziş daxildir”, - “Əl Ərəbiyyə” bildirib. Lakin HƏMAS sənədi şərh etməyib.

Yəhya Sinvar 2017-ci ildən Qəzza zolağında HƏMAS-a rəhbərlik edirdi və Tehranda İsmayıl Haniyənin öldürülməsindən sonra hərəkatın siyasi bürosunun rəhbəri seçilmişdi. Sinvar 2024-cü il oktyabrın 16-da İsrailin xüsusi hərbi əməliyyatı zamanı öldürülüb.

Seçilən
5
publika.az

1Mənbələr