AZ

5 ölkə Türkiyənin bu hərbi texnikasını almaq üçün sıraya girib - Aralarında Azərbaycan da var

Türkiyənin yerli istehsal olan “Altay” döyüş tankına beynəlxalq maraq günü-gündən artır.

“AzPolitika” xəbər verir ki, bu barədə müdafiə və hərbi texnologiyalar üzrə yayım edən “Army Recognition” xəbər portalı məlumat yayıb.

Məluamta görə, Qətər, Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı və Oman “Altay” tankını öz invertarlarına daxil etmək üçün Türkiyə ilə danışıqlara başlayıblar. Qeyd olunub ki, Qətər birinci mərhələdə 40 “Altay” tankı sifariş verib. Hazırda istehsal olunan tankların yaxın iki il ərzində Qətərə çatdırılması planlaşdırılır.

Qeyd edək ki,Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış bu tank NATO-nun “Abrams”, “Leopard”, “Challenger” və “Leclerc” kimi müasir tankları ilə rəqabət apara biləcək xüsusiyyətlərə malikdir. 2024-cü ilin may ayında kütləvi istehsalına başlanan “Altay” tankı həm Türkiyə ordusu, həm də beynəlxalq bazar üçün mühüm alternativ təklif edir.

Seçilən
7
azpolitika.info

1Mənbələr