AZ

Lavrov: "ABŞ-ın hər yerində yoxsulluq var" - VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-dakı iqtisadi vəziyyətdən danışıb. Diplomatın bu sözləri nazirliyin 2024-cü ildə görəcəyi işlərə həsr olunmuş mətbuat konfransında səsləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Nazirin sözlərinə görə, ABŞ-ın çoxlu problemləri var: "Yoxsulluq bu ölkənin hər yerindədir".

Xarici işlər naziri qeyd edib ki, mərkəzi magistrallardan kənara şıxsanız, bunu yoxlaya bilərsiniz.

Lavrov, həmçinin Qərbi demokratiyanı özünəməxsus şəkildə təqdim etməkdə ittiham edib:

"Qərb ölkələri üçün bu anlayış ondan ibarətdir ki, istədikləri hər şeyi edə bilərlər".


Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr