AZ

Lavrov: Rusiya Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır – ÖZƏL

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya "indiki adı Ukrayna olan ölkə"nin təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır. Lakin, o, qeyd edib ki, bu sazişlərdə əsas müzakirə mövzusu Avrasiya konteksti olacaq.

Olaylar.az xəbər verir ki, Lavrov bunu 2024-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında söyləyib. O, Ukraynanın bəzi bölgələrinin, məsələn, Krım, Donbas və Novorossiya ilə müqayisədə hələ öz taleyini müəyyən etmədiyini vurğulayıb.

"Biz hazırıq ki, təhlükəsizlik təminatlarını indiki adı Ukrayna olan ölkə və ya bu ölkənin, hələ özünü müəyyən etməmiş hissəsi ilə müzakirə edək", - deyə Lavrov əlavə edib.

O həmçinin bildirib ki, Rusiya, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Ukrayna məsələsinə dair mövqeyini, onun vəzifəyə başlamasından sonra nəzərdən keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr