Birləşmiş Ərəb Əmirlikləri bu gün müsəlman ölkələri arasında sürətli inkişafı ilə seçilir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri sürətlə inkişaf edir və böyük turizm potensialına sahibdir. Bu gün biz Birləşmiş Ərəb Əmirlikləri siyasətdəki sürətli inkişafı açıq şəkildə görürük. Bu gün Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərini birləşdirən ortaq ənənələr və dəyərlər var. İlham Əliyevin bu səfəri iki ölkə arasındakı əlaqələri daha da genişləndirəcək və bizim əlaqələrimiz yeni bir mərhələyə qədəm qoyacaq.
Bu sözləri “Operativ Media”ya Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
"Bu səfər iki ölkə arasındakı əlaqələrə öz töhfəsini verəcək. Səfər çərçivəsində biz Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılandığının şahidi olduq. Birləşmiş Ərəb Əmirlikləri çalışır ki, Azərbaycanla əlaqələrini gücləndirsin. Bu istiqamətdə atılan addımları müşahidə edirik. Bizim ortaq dəyərlərimiz var. Bir müddət əvvəl COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirildi, COP29 isə Azərbaycanda keçirildi. Hər iki ölkə dünyanın enerji təhlükəsizliyində fəal iştirak edir. İki ölkənin də iqtisadiyyatı sürətlə inkişaf edir. Yaşıl enerji sahəsində əməkdaşlığımız mövcuddur. Birləşmiş Ərəb Əmirlikləri Masdar şirkəti bu gün Azərbaycanda alternativ enerji sahəsində fəal iş aparır. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandakı şirkətlərlə bizneslə məşğuldur. Eyni zamanda, Azərbaycan şirkətləri də Birləşmiş Ərəb Əmirliklərində müxtəlif layihələri uğurla icra edir. Səfər Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin güclənməsinə öz töhfəsini verəcək. Bizim əlaqələrimiz daha da möhkəmlənəcək və irəli gedəcək. Növbəti mərhələlərdə bu səfərin yüksək nəticələrini görəcəyik".