ABŞ-də meşə yanğınlarında dəyən zərər 250 milyard dolları ötüb
ABŞ-də Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən meşə yanğınlarının iqtisadi ziyanı 250 milyard dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkəti məlumat yayıb.
Şirkətin hesablamalarına görə, fəlakətdən dəyən zərər 250-275 milyard dollar təşkil edib ki, bu da 2024-cü ildə “Helen” qasırğasının və 2020-ci ildə meşə yanğınlarının vurduğu zərərdən çoxdur.