AZ

Braziliyalı tanınmış hücumçu Rusiya klubundan ayrılıb

Bakı, 14 yanvar, AZƏRTAC

Rusiyanın “Spartak” (Moskva) komandası tanınmış braziliyalı futbolçu Villian Joze ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Futbolçunun ölkəsinin "Bahia" klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Villian Joze daha əvvəl “Real Sosyedad”, “Real Betis” (İspaniya) və “Vulverhempton” (İngiltərə) kimi tanınmış komandalarda çıxış edib.

Seçilən
29
1
azertag.az

2Mənbələr