AZ

Serenay Sarıkaya Baş Prokurorluğa çağırıldı - SƏBƏB

Türkiyəli aktrisa Serenay Sarıkaya, İstanbul Baş Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu çağırış aktrisanın meneceri Ayşe Barım ətrafında sosial mediada yayılan iddialarla əlaqədar aparılan araşdırma ilə bağlıdır.

Jurnalist Selahattin Gündayın paylaşımına əsasən, Sarıkaya istintaq çərçivəsində şahid qismində dindirilmək üçün dəvət edilib. Günday sosial şəbəkədə "Serenay Sarıkaya Ayşe Barım məsələsi ilə bağlı prokurorluğa çağırıldı. Onun ifadəsi işin gedişinə təsir edə bilər," deyə bildirib.

Xatırladaq ki, Ayşe Barım Türkiyə film sektorunda bəzi iddialarla gündəmə gəlib. O, müəyyən aktyorlara maneələr yaratmaq və sektorda hegemonluq etməkdə ittiham olunur. Barımın ölkədən çıxmasına qadağa qoyulub və istintaq davam edir.


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr