AZ

Xankəndiyə təyinat alan qadın müstəntiqdən -İlk açıqlama

Xankəndi Şəhər Prokurorluğuna ilk qadın müstəntiq təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb. 

Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib:

“Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq”.

Qeyd edək ki, xanım müstəntiq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.

Sail Ağasəlim

Seçilən
51
12
qafqazinfo.az

10Mənbələr