"Moskva ilə Tokio arasında müntəzəm və hörmətli siyasi dialoqun məhv edilməsi Yaponiya tərəfinin təşəbbüsü ilə baş verib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında qeyd edib.
"Biz Ukraynada təhlükəsizlik maraqlarımızı və Rusiya xalqının maraqlarını qorumaq üçün xüsusi hərbi əməliyyata başlayanda Yaponiya sanksiyalara qoşulmaq əmrini aldı və dərhal bu əmri yerinə yetirdi", - deyə Lavrov deyib.