AZ

HƏMAS atəşkəs razılaşmasının şərtlərini qəbul etdi - KİV


Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs elan olunması və girovların mübadiləsi ilə bağlı şərtləri qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə Associated Press danışıqlarda iştirak edən və adı açıqlanmayan ik nəfərə istinadən bildirib.

Onlar qeyd ediblər ki, İsrail hələ də sövdələşməni götür-qoy edir.

Bundan əvvəl "Əl Ərəbiyyə" telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, HƏMAS Qəzza zolağı ilə bağlı heç bir iradı olmayan saziş layihəsinə cavab təqdim edib.

Bundan əvvəl Qətər Fələstin hərəkatı və İsrailə Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında yekun saziş layihəsini təhvil verib. “Radiotochka NSN” xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi, İsrail kəşfiyyatının rəhbəri və Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani arasında keçirilən görüşdən sonra Dohada danışıqlarda irəliləyiş əldə edilib.

Zaur, BakuPost

Seçilən
7
bakupost.az

1Mənbələr