AZ

Lavrov qəzaya uğrayan təyyarədən danışdı – Media məkanında ab-havanı kəskinləşdirməməliyik

Ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında  Sergey Lavrov dekabrın 25-də Bakı-Qroznı reysiylə uçan sərnişin təyyarəsinin  Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından danışıb.

KONKRET.az Aif.ru-ya istinadən xəbər verir ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri qəzanın səbəbləri tam araşdırılmadan qəti fikir söyləmək tez olduğunu bildirib: “Biz tam hüquqlu araşdırmanı gözləməli və media məkanında ab-havanı kəskinləşdirməyə çalışmamalıyıq”.

Eyni zamanda, mətbuat konfransı zamanı Sergey Lavrov bildirib ki, Hindistan, Braziliya və Afrika ölkələri çoxdan BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyə layiq olsalar da,  Almaniya və Yaponiya heç vaxt BMT TŞ-nın daimi üzvü ola bilməz.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr