AZ

İqtisadçılar qlobal inflyasiyanın 2028-ci ilə qədər yüksək səviyyədə qalacağını gözləyirlər

İqtisadçılar yüksək inflyasiyanın gələcək illər üçün dünya miqyasında problem olaraq qalacağını gözləyirlər.

Marja xəbər verir ki, Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) və İsveçrə İqtisadi Siyasət İnstitutu (IWP) rübdə bir dəfə keçirilən “İqtisadiyyat üzrə Ekspertlər Sorğusu”nun 2024-cü ilin son rübünün nəticələrini açıqlayıb.

Araşdırmaya görə, 2025-ci ildə qlobal orta inflyasiyanın 3,9 faiz olacağı gözlənilir.

İqtisadçılar 2026-cı ildə qlobal inflyasiyanın 3,5 faizədək azalacağını proqnozlaşdırırlar. 2028-ci ildə inflyasiyanın bu səviyyədə qalacağı gözlənilir.

İqtisadçılar regiondan asılı olaraq inflyasiya dərəcələrində də böyük fərqlər proqnozlaşdırırlar.

Bu il üzrə inflyasiya gözləntiləri Qərbi Avropa üçün 2,1 faiz, Şimali Amerika üçün 2,6 faiz və Cənub-Şərqi Asiya üçün 2,9 faiz olmaqla qlobal orta göstəricidən aşağı olub.

Digər tərəfdən, 2025-ci il üzrə inflyasiya gözləntiləri Cənubi Asiya üçün 7,4 faiz, Cənubi Amerika üçün 33,6 faiz, Şimali Afrika üçün 37,2 faiz və Şərqi Afrika üçün 27,6 faiz olmaqla qlobal ortalamanın üzərindədir.

İqtisadçılar 2025-ci ildə Almaniyada 2,4 faiz, Avstriyada 2,5, İsveçrədə isə 1,2 faiz inflyasiya gözləyirlər.

Ifo araşdırmaçısı Niklas Potrafke etdiyi qiymətləndirmədə, "İnflyasiya proqnozları mərkəzi bankların inflyasiya hədəflərinin üzərində qalmağa davam edir. Bu inflyasiya gözləntiləri ilə daha çox faiz endirimi mümkün deyil" deyib.

4-18 dekabr 2024-cü il tarixləri arasında keçirilən sorğuda 125 ölkədən 1398 iqtisadçı iştirak edib.

yüksək inflyasiya qlobal
Seçilən
1
1
marja.az

3Mənbələr