AZ

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək

Yanvarın 18-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, esse mərhələsi barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, esse mərhələsində 694 namizədin iştirakı nəzərdə tutulur.

Seçilən
9
azedu.az

1Mənbələr