AZ

Afiəddin Məmmədova 8 il iş verildi

Qəsdən adam bıçaqlamaqda ittiham edilən ictimai fəal Afiəddin Məmmədovun məhkəmə araşdırması tamamlanıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, A. Məmmədov qəsdən sağlamlığa ağır zərər vurmaqda, qanunsuz soyuq silah gəzdirməkdə və xuliqanlıqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Afiəddin ötən ilin sentyabrında polis əməkdaşları tərəfindən tutulub. O, “Demokratiya 1918” Hərəkatının İdarə Heyətinin üzvü olub. Hərəkat sonradan ləğv edildiyini elan edib.

Seçilən
13
6
konkret.az

7Mənbələr