Rusiya və Azərbaycan istənilən məsələləri, o cümlədən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması kontekstində həll edə bilər.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Biz azərbaycanlı dostlarımız bütün amilləri nəzərə alaraq, Rusiya Federasiyasının istintaqda iştirakını dərhal dəstəkləmələrini yüksək qiymətləndirdik”, - Rusiya XİN rəhbəri deyib.
Lavrovun sözlərinə görə, Rusiya və Azərbaycan tərəfləri bütün faktları nəzərə almaqla məsələləri operativ şəkildə həll etməyə imkan verən strukturlaşdırılmış münasibətlərə malikdir.
Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarının Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin hava limanında qəzaya uğrayıb. Qəzadan əvvəl təyyarənin ekipajı təcili eniş tələb edib. Məlumata görə, təyyarənin göyərtəsində 5-i ekipaj üzvü olmaqla 69 nəfər olub. Qəza zamanı 29 nəfər sağ qalıb.
QAZİLER.AZ