AZ

Unun qiyməti niyə qalxdı? – Ekspert sadaladı

Ölkəmizdə kənd təsərrüfatı çöküş dövrünü yaşadığı üçün digər məhsullar kimi unun da qiyməti qalxıb. Təbii ki, dünyada gedən müharibələrin də unun qiymətinə təsirsiz ötüşmür.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli unun bahalaşmasının səbəblərini sadaladı.

Ekspertin sözlərinə görə, unun qiymətinin artması bizim xaricdən asılılığımızın nəticəsidir. Biz 70-75 faiz əmtəəlik buğdanı xaricdən alırıq. Özümüz istehsal edə bilmirik.

“Xaricdə qiymət artımı olan kimi ölkə daxilində də qiymətlərin artımı təəssüf ki, müşahidə olunur.

Yazlıq buğda bazara çıxandan sonra may-iyun aylarında dünyada qiymət azalması baş verərsə o zaman Azərbaycanda da qiymətlərin yenidən ucuzlaşmasını görə bilərik. Məntiqlə və bazar iqtisadiyyatı qaydalarına görə, belə olmalıdır”.

Dəniz

Seçilən
18
tribunainfo.az

1Mənbələr