AZ

Türkiyə və Pakistan xərçənglə mübarizədə əməkdaşlıq edəcək

Türkiyə və Pakistan səhiyyə sahəsində yeni mühüm əməkdaşlıq addımları atıblar.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Pakistanın özəl səhiyyə xidmətləri və təhsil naziri Khawaja Salman Rafique Türkiyədən gələn heyət ilə görüşüb və xərçənglə mübarizə, səhiyyə sahəsində əməkdaşlıq mövzusunda mühüm müzakirələr aparıb.
 
Türkiyəli ekspertlər pakistanlı həkim, tibb bacısı və feldşerlərin hazırlanmasına dəstək verəcəklərini bildiriblər.
 
Görüşlərdə nüvə təbabəti proqramlarının hazırlanması və xərçəngin müalicəsində istifadə olunacaq müasir texnikaların paylaşılması vurğulanıb.
 
Görüşdə iştirak edən King Edward Tibb Universitetinin rektor müavini Mahmud Ayaz və digər səhiyyə rəsmiləri də iştirak ediblər.
 
Nazir Rafiq Türkiyə ilə sağlamlıq turizminin təşviqi və tibb sahəsində əməkdaşlığın artırılmasının vacibliyinə toxunub.
 
Nazir Navaz Şərif Xərçəng İnstitutunun əməliyyat otaqlarının bu il istifadəyə veriləcəyini və iki ölkənin səhiyyə sektorunda birlikdə böyüməsi üçün hərtərəfli dəstək verəcəklərini bildirib.

Mikayıl
Seçilən
9
azxeber.com

1Mənbələr